Türkiyədən həftədə 2 dəfə daşınma həyata keçirilir. Bağlamalar ofislərimizə daxil olandan 3 saat sonra təhvil verilməyə başlanılır.
Türkiyədən həftədə 2 dəfə daşınma həyata keçirilir. Bağlamalar ofislərimizə daxil olandan 3 saat sonra təhvil verilməyə başlanılır.
Əgər Sizin sifarişinizin yerinə yetirilməsi zamanı hər hansı problem yaranırsa ( məhsul stokda tükənə bilər və s) həmin vaxt ödədiyiniz məbləğ Sizin sifariş balansınıza 1-2 iş günü ərzində geri qaytarılır.
Bağlamanı təhvil almaq üçün sifarişçi şəxsin şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi) əsli tələb olunur.
Sifariş verərkən kartınızdan kəsiləcək tranzaksiya faizi kartınızın aid olduğu bank tərəfindən müəyyənləşdirilir.
Sifarişlərin qəbulu, sorğuların cavablandırılması 7/24 saat həyata keçirilir. Bağlamaların təhvil verilməsi həftəiçi hər gün saat 09.00 - 18.00, şənbə günü isə 10.00 - 15.00 arasında olur.
Baş Ofis:
Əhməd Rəcəbli, 27b
Sizin istənilən ölkədəki saytdan etdiyiniz sifarişin bizim həmin ölkədəki anbarımıza çatdırılması həmin ölkədəki kuryer şirkətləri tərəfindən həyata keçirilir. O şirkətlər bağlamanızı çatdırmaq üçün müəyyən məbləğ tələb edirlər. Həmin məbləğ məhsul sifariş etdiyiniz saytlarda görünür. Bəzi saytlarda alış-verişinizin məbləği yüksək olduqda ölkədaxili karqo pulu alınmır.
Mobex, təəssüf ki, hal-hazırda belə xidmət göstərmir. Satıcı sifarişlərinizi xaricdəki anbarımıza təqdim edən kimi məhsulları sizə çatdırırıq.
Adətən, bağlamanın tərəflərinin cəmi ( en, hündürlük, uzunluq) 100 sm və daha çox olarsa, bağlamanın həm həcm, həm də fiziki çəkisi hesablanır. Hansı çəki yüksək olarsa, daşınma haqqı ona əsasən hesablanır. Həcmi çəkinin hesablanması üçün En x Hündürlük x Uzunluq / 6000 standartı tətbiq edilir.
QEYD: Gətirdiyiniz bağlamanın tərəflərinin cəmi 100sm olmasa da həcimsəl çəkiyə görə hesablana bilər.
Mobex tərəfindən geri qaytarma xidməti mövcud deyil. Bunun üçün Azərpoçt xidmətlərindən istifadə edərək, alınmış məhsulu mağazaya geri göndərə bilərsiniz.
Sifarişinizin xaricdəki anbara çatdırılması satıcı firmadan asılıdır. Satıcı firma çatdırılma müddəti 3-7 gün olur. Həftə sonları və rəsmi bayram günləri çatdırılma müddətini uzada bilər. Satıcı firma sizin sifarişinizi bizim xaricdəki anbarımıza çatdırdıqdan 4-5 gün sonra bağlamanız Bakıda olur.
Əgər Sizin kartınız alış-veriş etmək istədiyiniz saytda qəbul olunmursa, o zaman biz sizə "Sifariş et" xidmətini təklif edirik. Əvvəlcə bizim saytda qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan dərhal sonra yaranmış "Profilim" bölməsinə daxil olursunuz və "Sifariş et" bölməsindən bəyəndiyiniz məhsulun linkini seçib əlavə edirsiniz. Sistem Sizə məhsulun qiymətini, ölçüsünü, sifariş etdiyiniz ölkədaxili karqo qiymətini və bizim Sizin üçün etdiyimiz sifarişdəki +5 faizlik xərcləri əlavə etməklə yekun məbləği təqdim edəcək. ( Bu məlumatlardan hər hansı biri olmadıqda, onu özünüz əlavə edirsiniz) Linkləri saytımıza göndərdikdən sonra bizim hesabımıza yekun məbləği ödəyirsiniz və biz həmin məhsulu sizin üçün alırıq. Belə olan halda Bəyannamə də bizim əməkdaşlar tərəfindən əlavə edilir.
Azərbaycan Respublikası qanunvericiliyinə görə, fiziki şəxslər 30 təqvim günü ərzində kommersiya məqsədi olmadan 300 ABŞ dolları məbləğində rüsumsuz limitdən istifadə edə bilərlər. Bu limit daşıma haqqı daxil olmaqla nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsilə alınması qadağan olunmuş məhsullar aşağıdakılardır:
1.Hər cür silah növləri, döyüş sursatı, (ov silahları üçün sursatlar istisna edilməklə) hərbi təyinatlı bütün əşyalar, hərbi texnika.
2.Radioaktiv maddələr, narkotik və psixotrop maddələr və onlardan istifadə üçün ləvazimat, müxtəlif zəhərləyicilər.
3.Əxlaqsızlığı, zorakılığı, terrorizmi təbliğ edən kitab və reklam edən materiallar.
4.Təzyiq altında olan məhsullar ( spreylər, boyalar, ətirlər, dezodorantlar, hava yastığı, quru şampun və s.)
5.Tezalışan və partlayıcı maddələr və onların hazırlanması texnologiyasına aid materiallar.
6.Qida, spirtli içkilər, tütün və tütün məmulatları, elektron siqaretlər, tez xarab olan, xüsusi saxlama tələb edən məhsullar.
7.Heyvanlar, bitki və toxumlar.
8.Xüsusi məxfi rabitə vasitələri, gizli kamera, gizli səs yazma, dron və digər casus avadanlıqları, onların şifrələri və istismarı haqqında ədəbiyyat.
9.Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.
10.Pul əskinasları, sikkələr.
11.Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr.12.Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar. (Zinət əşyaları, qiymətli metallar və qiymətli daşlar)
13. Müxtəlif növ batereyalar və powerbanklar
14. Qeyd: Mobil telefonların daşınmasını həyata keçirmirik.
Sizin bağlamanız bizim xarici və yerli anbarın hərbirində yalnız 15 gün saxlanılır. 15 gündən-60 günədək isə yükün saxlanıldığı hər gün üçün əlavə 20 qəpik tələb olunacaq. 60 gündən sonra bağalamanız şirkətin balansına keçir.
Hər hansı bir maye məhsulu Türkiyədən idxal olunur. Şampunlar, saç kremləri, kosmetika və sairə məhsul sifarişi mümkündür. Maye məhsulları həftədə bir dəfə Türkiyədən gətirilir. Ətirlər, dezodorantlar və spreylər gətirilmir.
Müştəri panelindəki "Bəyan et" bölməsi "Həvalə et" xidmətindən istifadə etməyən müştərilərimizin, xarici anbarımıza daxil olan bağlamalarını öncədən bəyan etmələri üçün mövcuddur. Bu bölməyə daxil olan müştəri müvafiq olaraq aldığı bağlamanın hansı səhifədən (məs: trendyol.com) aldığını, bağlamanın trek nömrəsini, kateqoriyasını, alış qiymətini qeyd etməli, həmçinin fakturanı müvafiq hissəyə yükləməlidir. Baş verəcək hər hansı bir yanlışlığın qarşısının alınması üçün zəhmət olmasa bağlamalarınızı erkən bəyan edin.
Qeyd: "Trek nömrə" hissəsinə bağlamanın sifariş nömrəsini və yaxud karqo izləmə kodunu qeyd etməlisiniz.
Saytımızda şəxsi kabinetinizə daxil olaraq onlayn şəkildə balansınızı artıra bilərsiniz. Eyni zamanda E-manat terminalları və Hesab.az onlayn platforması vasitəsiylə də balansınızı artıra bilərsiniz.
Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra alıcıya çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya Trek nömrə (İzləmə nömrəsi) təyin edir. Bu nömrələr bağlamaların bəyan olunması üçün lazımdır. Xaricdən sifarişlər zamanı saytımızın “Bəyan et” bölməsində “Trek nömrə” (İzləmə nömrəsi) xanasını doldurmaq lazımdır. Trek nömrə Türkiyədaxili karqo firmalarında müvafiq olaraq aşağıdakı formada olur:
Trendyol Express - Gönderi Numarası
Yurtiçi Kargo - Gönderi Kodu
Aras Kargo - Kargo Takip Numrası
MNG Kargo - Fatura No
Sürat Kargo - Seri/Sıra numarası
Bölgələrə çatdırılma Azərpoçt şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bağlamalarınız poçta təhvil verildikdən sonra 2-3 iş günü ərzində qeyd etdiyiniz bölgədəki Azərpoçt filialına çatdırılır.
Kuryer ilə şəhərdaxili çatdırılma, 1-3 gün ərzində həyata keçirilir
Ödəniş tarifləri çatdırılma ediləcək əraziyə görə dəyişır. Siz bir neçə bağlama üçün yalnız bir ödəniş edirsiniz.
Türkiyə saytlarından sifarişlər zamanı Adres bölməsinə mobex.az saytındakı “Ünvanlar” bölümünündəki MBX kodunuzu mütləq qeyd etmək və xarici saytın həmin kodu qəbul etdiyindən əmin olmaq lazımdır. Xatırladaq ki, Adres bölməsində MBX kodu olmadığı təqdirdə sizin bağlamanız naməlum bağlamalar siyahısına daxil olur. Belə hallarda bağlamanızın göndərilməsində gecikmələr yarana bilər.
Türkiyədaxili daşıma haqqını kartla qəbul etməyən satıcı mağazalardan sifarişlər zamanı daşıma haqqı kuryer tərəfindən yerində tələb edilir. Daşıma haqqının ödənilməsi üçün sizin sifariş balansınız mütləq şəkildə məhsulu sifariş etmədən öncə artırılmalıdır. Bağlama təslim edildikdə, sifariş balansınızda kifayət qədər vəsait olmazsa, bağlamanız xarici anbara qəbul edilməyəcək!