Hörmətli müştərilərimiz,
Xaricdən gətirilən bağlamalar üçün gömrük limiti cari ay üzrə olmaqla 300 usd təşkil edir. Aylıq limit hesablanarkən sizin həmin ay ərzində gömrük sisteminə əlavə olunan bağlamalarınız nəzərə alınır. Aylıq limiti hesablamaq üçün həm sifarişin içərisindəki məhsulların qiyməti, həm də çatdırılma qiyməti cəmlənir. Aylıq limitiniz və rüsum hesablanıb hesablanmaması sifariş tarixinə əsasən deyil, bağlamanın gömrük sistemində qeydiyyata salındığı tarixə əsasən nəzərə alınır.Aylıq limiti keçdiyiniz məbləğin cəmdə 36%-dək məbləğində (aldığınız məhsulun gömrük koduna uyğun olaraq) rüsum və vergi ödəməli və gömrük orqanı tərəfindən müəyyən edilmiş digər xərcləri ödəməli olacaqsınız.Bildirmək istəyirik ki, yalnız 300 dolları keçən məbləğin rüsum və vergisini ödəyirsiniz. Məsələn ay ərzində ölkə xaricindən gələn və gömrük sisteminə əlavə olunan bağlamalarınızın məbləği 320 dollar olubsa yalnız 20 dollar məbləğin rüsum və vergisi ödənilir. Qeyd edək ki, 300 dollar limiti keçməmək şərti ilə istədiyiniz sayda bağlama gətirə bilərsiniz.Mobex-də şəxsi kabinetinizə daxil olaraq cari təqvim ayı üçün limitinizi izləməyiniz mümkündür.