HAQQIMIZDA

Mobil Express MMC Çin və Türkiyədən hava yolu ilə Azərbaycana ən qısa müddətdə və ən sürətli malların daşınması ilə məşğul olur. Hava nəqliyyatı məhsulların çatdırılmasının ən sürətli, ən təhlükəsiz və ən əlverişli yolu hesab olunur və xidmətimizlə bağlamalarınızı ən qısa müddətdə əldə edə bilərsiniz. Bütün paketlər tam sığortalanmışdır.Mobex xidmətlərinin yüksək keyfiyyəti və münasib qiymətləri ilə seçilir. Şirkət daima yenilənərək hər bir müştərinin etimadını qazanmağa çalışır.


Şirkətimizin Çin və Türkiyədə öz anbarlarının olması müntəzəm və fasiləsiz iş prosesini təmin edir. Həmçinin müştərilərimiz sifarişi özü etmək imkanına sahibdir. Əlavə olaraq şirkətimizin təqdim etdiyi identifikasiya nömrəsi vasitəsilə müştəri bağlamanın hərəkəti barəsində məlumat əldə edə bilir.


Şirkətimiz uğurlu tərəfdaşlıq qurmaq üçün müştərinin istəklərini mümkün qədər çox nəzərə alır.